Türkiyədə "Covid-19”dan həyatını itirənlərin sayı 2805 olub

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində müsbət nəticələr əldə edilir.

1405688
Türkiyədə "Covid-19”dan həyatını itirənlərin sayı 2805 olub

Türkiyənin yeni növ koronavirus (Covid-19) ilə mübarizəsində müsbət nəticələr əldə edilir. Belə ki,  virusdan həyatını itirənlərin sayı azalmaqda davam edir.
Gün ərzində virusdan həyatını itirənlərin sayı 99 olub. Epidemiyanın başıladığı gündən vəfat edənlərin sayı 2 min 805-ə çıxıb.
Eyni dövrdə 30 min 177 test aparılıb və 2 min 357 yeni virusa yoluxma faktı qeydə alınıb.
Gün ərzində 3 min 558 adamın sağalması ilə virusdan sağalanların sayı 29 min 140 olub.
Son bir neçə gündür sağalanların sayının virusa yoluxanların sayından çox olması da diqqət çəkir.



Әlaqәli Xәbәrlәr