"76 vətəndaşımız təcili yardım təyyarəsilə Türkiyəyə gətirildi" M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu keçən il xaricdə xəstələnən 76 Türk vətəndaşının təcili yardım təyyarəsilə Türkiyəyə gətirildiyini açıqlayıb.

1405838
"76 vətəndaşımız təcili yardım təyyarəsilə Türkiyəyə gətirildi" M.Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu keçən il xaricdə xəstələnən 76 Türk vətəndaşının təcili yardım təyyarəsilə Türkiyəyə gətirildiyini açıqlayıb.
Çavuşoğlu şəxsi "twitter" səhifəsində xaricdə xəstələnərək təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilən Türkiyə vətəndaşlarının sayı ilə əlaqədar paylaşım edib. Nazir Çavuşoğlu "2018-ci ildə ölkə xaricində xəstələnən 84, 2019-cu ildə isə 76 vətəndaşımız təcili yardım təyyarəsilə ölkəmizə gəldi. Emrullah (Gülüşken) qardaşım ölkəmizə xoş gəldi. Dünyanın harasında olmasına baxmayaraq, vətəndaşlarımızı tək qoymadıq" ifadəsini işlədib.
Qeyd edək ki, İsveçin Malmö şəhərində yeni növ koronavirusa (Covid-19) yoluxduğuna dair testin müsbət olmasına baxmayaraq müalicə olunmadan evə göndərilən 47 yaşlı Emrullah Gülüşkenin Samira və Leyla adlı qızları sosial şəbəkə vasitəsilə yardım çağırışı etmişdi.
Səhiyyə naziri Fəxrəddin Koca yardım çağırışı və görüntülər qarşısında vasitəçilik edərək xəstələrin Türkiyəyə gətirilməsi üçün təcili yardım təyyarəsi göndərilməsi təlimatını vermişdi.
Emrullah Gülüşken və uşaqlarını daşıyan təcili yardım təyyarəsi aprelin 26-da yerli vaxtla saat 13:30-da paytaxt Ankaradakı Esenboğa Havalımanına enmiş, Emrullah Gülüşken və uşaqları aparılan müayinədən sonra  hava limanında gözlədilən təcili yardım maşınları ilə Ankara Şəhər xəstəxanasına aparılmışdı.
Nazir Çavuşoğlu paylaşmasında ayrıca, "twitter"də geniş istifadə olunan "ÜlkemleGururduyuyorum" mövzulu etiketini də dəstəkləyib.



Әlaqәli Xәbәrlәr