PKK terrorçularının hücumu zamanı bir türk əsgəri şəhid oldu

Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq bildirib...

1405128
PKK terrorçularının hücumu zamanı bir türk əsgəri şəhid oldu

 

  İraqın şimalındakı Haftanin bölgəsində PKK terrorçularının hücumu zamanı Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, üç əsgər yaralanıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq bildirib: “İraqın şimalındakı Haftanin bölgəsində separatçı terror təşkilatı PKK terrorçuları tərəfindən edilən hücum zamanı Türkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri ağır olmaqla üç əsgər yaralanıb. Terrorçuların minaatan hücumundan sonra bölgədə təyin olunan hədəflərə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən lazımlı cavab verilb. Hədəflər məhv edilib və separatçı terror təşkilatının 12 üzvü zərərsizləşdirilib”.



Әlaqәli Xәbәrlәr