Ərdoğan Ramazanın gəlişi münasibətilə mesaj paylaşdı

Türkiyədə Ramazan ayının başlaması ilə əlaqədar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter” hesabından "Xoş gəldin ya Şehr-i Ramazan” başlığı ilə paylaşım etdi

1404513
Ərdoğan Ramazanın gəlişi münasibətilə mesaj paylaşdı

 

  Türkiyədə Ramazan ayının başlaması ilə əlaqədar ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan “twitter” hesabından "Xoş gəldin ya Şehr-i Ramazan” başlığı ilə paylaşım etdi. Kəbə rəsmini paylaşdığı bu mesajında Ərdoğan yazıb: "“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi". Quranın əl-Bəqərə surəsinin 183-cü ayəsində Allah belə buyurub.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop isə Ramazan ayının başlanması münasibətilə yayımladığı mesajında vətəndaşlara korona virusu (Covid-19) ilə əlaqədar “Evdə qal” çağırışı edib, mübarək günlərin Allaha daha çox itaət və ibadət etməyə fürsət verdiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr