Ərdoğan dünyanın bütün uşaqlarını təbrik etdi

“Twitter”dən uşaqlara görüntülü səslənən Ərdoğan təbrikində bunları söyləyib...

1403990
Ərdoğan dünyanın bütün uşaqlarını təbrik etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin və dünyanın bütün uşaqlarını 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik etdi.

  23 Aprel Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100-cü ildönümü, Milli Suverenlik və Uşaq bayramı ilə əlaqədar “twitter”dən uşaqlara görüntülü səslənən Ərdoğan təbrikində bunları söyləyib:

- TBMM-nin yaranmasının 100-cü ili münasibətilə Türkiyə və dünyanın bütün uşaqlarının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirəm.

  Həyatda bir uşağın gülüşündən böyük xoşbəxtlik, qəlbindən geniş ünvan yoxdur.  

  Müharibələr, qarşıdurmalar, aclıq və qıtlığın üfüqlərimizi qaraltdığı bir dövrdə dünyanı gözəlləşdirən yeganə şey uşaqların təbəssümüdür. Siz bizim gələcəyimizin təminatı və ümidimizsiniz. Daha əmin, daha sevincli, daha ədalətli, daha gözəl dünyanın müjdəçiləri sizsiniz.

  Uşaq olmaq dünyaya coşqun həvəs, saf, təmiz və duru gözlərlə baxmaq və sabaha o həyəcanla yürümək deməkdir. Uşaq olmaq ürəyinizdəki sonsuz, hesabsız sevgini qucaqlamaq deməkdir. Sabah siz bir alim, siyasətçi, müəllim, mühəndis, hüquqşünas, sənətçi, iş adamı və digər sənət sahibləri olacaqsınız. O zaman siz dünyanın əskiklikləri aradan qaldıracaq və gələcək nəsillər üçün daha ədalətli və gözəl bir dünya quracaqsınız.

  Sizi 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik və bu günü ərməğan edən Türkiyə Cümhuriyyətinin ilk başçısı Qazi Mustafa Kamal və həmfikirlərini bir daha rəhmət və təşəkkürlərlə yad edirəm.



Әlaqәli Xәbәrlәr