Türkiyədə "Covid-19"dan can itkisi 2376-ya yüksəldi

Ölkənin səhiyyə naziri Fəxrəddin Koca bildirib

1403688
Türkiyədə "Covid-19"dan can itkisi 2376-ya yüksəldi

 

  Türkiyədə korona virusundan (Covid-19) can itkisi 2376-ya yüksəldi.

  Ölkənin səhiyyə naziri Fəxrəddin Koca son 24 saat ərzində “Covid-19”dan daha 117 nəfərin həyatını itirdiyini və bununla dünyasını dəyişənlərin sayının 2376-ya yüksəldiyini söyləyib.

  Nazirin bildridiyinə görə, eyni zamanda 37.535 test nəticəsində 3083 yeni yoluxma halı qeyd edilib.

  Xəstəxanalardan evlərinə buraxılan 559 adamla birlikdə sağalan sayı 16.477 nəfərdir.

  Fəxrəddin Koca virusa qarşı mübarizə tədbirlərinin həyata keçirildiyi müddət boyu yoluxma sayının azaldığını da nəzərə çatdırıb.



Әlaqәli Xәbәrlәr