Rәcәb Tayyib Әrdoğan әhәmiyyәtli bәyanatlar verib

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyasının qarşısını almaq üçün gördüyü tәdbirlәrin öz bәhrәsini vermәyә başladığını söylәyib.

1401972
Rәcәb Tayyib Әrdoğan әhәmiyyәtli bәyanatlar verib

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Türkiyәnin yeni növ koronavirus ‘‘Covid-19’’ epidemiyasının qarşısını almaq üçün gördüyü tәdbirlәrin öz bәhrәsini vermәyә başladığını söylәyib.

Prezident Әrdoğan dördüncü dәfә videokonfrans vasitәsilә hәyata keçirilәn Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Rәcәb Tayyib Әrdoğan  Türkiyәnin koronavirusla mübarizә çәrçivәsindә qarşısına 4 әsas mәqsәd qoyduğunu deyib.

Türkiyә prezidenti bildirib ki, birinci vә әn әsas mәqsәd insanlar arasındakı social mәsafәni tәmin etmәkdir. İkincisi sәhiyyә sisteminin problemsiz şәkildә fәaliyyәt göstәrmәsini tәmin etmәkdir. Üçüncüsü  әrzaq vә tәmizlәyici vasitәlәrinin pәrakende satış zәncirinin pozulmamasıdır. Dürdüncüsü dә ictimai asayişin pozulmamasıdır.

Xәstәxanalarda qeyri-adı bir sıxlığın yaşanmadığını ifadә edәn Әrdoğan deyib: ‘‘Xәstәxanalardakı çarpayı sayını vә reanimasiya şöbәlәrindәki mövcud gücümüzü daha da artırırıq’’.

Prezident bildirib ki, yerli türk firmaları yeni növ koronavirusa yoluxanların müalicəsində istifadə olunan dərmanların istehsalına başlayıb.

Әrdoğan, həmçinin vurğulayıb ki,  N-95, N-99 maskaları təcrübədən keçirilib. Gәlәn ayın sonunadәk beş min süni tәnәffüs cihazı istehsal edilәcәk.



Әlaqәli Xәbәrlәr