Türkiyədə korona virüsu ilə bağlı can itkisi 1769-a yüksəldi

Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca Elmi Komitə ilə görüşdən sonra bildirib

1400365
Türkiyədə korona virüsu ilə bağlı can itkisi 1769-a yüksəldi

 

  “Türkiyədə yeni tip korona virüsundan (Covid-19) qaynaqlı can itkisi 1769-a yüksəldi”. Bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca Elmi Komitə ilə görüşdən sonra bildirib. Nazirin söylədiyinə görə, son 24 saat ərzində daha 126 itki qeydə alınıb və bununla Türkiyədə həyatını itirənlərin sayı 1796 nəfərə çatıb. Eyni zamanda, 40 min 270 test edilib, 4353 yeni yoluxma halı aşkarlanıb. Son bir gündə sağalıb xəstəxanalardan buraxılanların sayı 542 nəfər olub ki, bununla indiyədək sağalananların sayı 8631-ə çıxıb.



Әlaqәli Xәbәrlәr