"Türkiyə 25 min vətəndaşı üçün əməliyyata başladı", F.Oqtay

“Twitter” sosial media üzərindən etdiyi şərhdə F.Oqtay bildirib...

1400345
"Türkiyə 25 min vətəndaşı üçün əməliyyata başladı", F.Oqtay

 

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə 59 ölkədən təqribən 25 min vətəndaşın yaxınlaşan Ramazan ayı və bayramını evlərində keçirməsi üçün genişmiqyaslı əməliyyata başladıqlarını açıqladı.

  “Twitter” sosial media üzərindən etdiyi şərhdə F.Oqtay bildirib: “Yeni tip korona virüsu (Covid-19) ilə mübarizədə, dünyanın harasında olursa olsun, Türkiyə öz vətəndaşlarının yanındadır.

  Epidemiyaya qarşı sərt mübarizə tədbirləri günlərində belə ailələri ilə birlikdə hər yerdən ölkəyə 25 min vətəndaşımızı gətirdik. Prezidentimizin göstərişi ilə yenə 59 ölkədən təqribən 25 min vətəndaşın qarşıdan gələn Ramazan ayı və bayramını evdə keçirə bilməsi üçün geniş əməliyyata başladıq.

  Xalqımız əzmli, dövlətimiz güclü və qətiyyətlidir. Bu millət tarixə öz nümunələrini dəfələrlə nümayiş etdirdiyi kimi, yenə bu çətin mübarizəni birlikdə qardaşlıq və həmrəylik içində qazanacaq."

  Qeyd edək ki, 59 ölkədən təqribən 25 min vətəndaşın yaxınlaşan Ramazan ayı və bayramı günlərini evlərində keçirməsi üçün başlanan təxliyə əməliyyatı aprelin 27-də başa çatacaq.

  “Covid-19” epidemiyası tədbirləri çərçivəsində uçuşların ləğv edilməsiylə Pakistandan Türkiyəyə qayıda bilməyən vətəndaşlar üçün isə 22 aprel çərşənbə günü Türkiyə Hava Yolları (THY) tərəfindən xüsusi səfər təşkil ediləcək”.



Әlaqәli Xәbәrlәr