Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı

Türkiyədə yeni növ koronavirusdan daha 107 nəfər vəfat edib.

1398136
Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı

Yeni növ koronavirus (Covid-19) Türkiyədə daha 107 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1403-ə çatıb.

Məlumatı ölkənin səhiyyə naziri Fəxrəddin Koca Türkiyə Səhiyyə Nazirliyi Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında açıqlayıb.

Nazir bildirib: “Ölkə üzrə 33 min 70 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 4062-də infeksiya aşkarlanıb.  İndiyə qədər 4 min 799 nəfərin müalicəsi uğurlu olub. Bu gün 842 nəfər tam sağalaraq xəstəxanalardan buraxılıb.”

 Səhiyyə naziri Koca "Türkiyədə 4-cü həftədə virusun yoluxma sürətində azalma müşahidə olunur. Virusun yayılma sürətinə nəzarət edilməyə başlandı" deyib. 



Әlaqәli Xәbәrlәr