Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1296 nəfərə çatıb

Onların 98-i sutka ərzində vəfat edib.

1397342
Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1296 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 1296 nəfərə çatıb. Onların 98-i sutka ərzində vəfat edib.

Əldə olunan məlumata əsasən,sutka ərzində 34 min 456  nəfər üzərində müayinə aparılıb. Onlardan 4 min 93 nəfərdə infeksiya aşkarlanıb.

Bu gün sağalan 511 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 3 min 957  nəfər müalicə olunub.

Sәhiyyә naziri Fәxrәddin Koca şәxsi ‘‘Twitter’’ sәhifәsindә bir sәhiyyә işçisinin koronavirusa qarşı aparılan mübarizә ilә bağlı xәbәrdarlıqlarının yer aldığı video-çarxı paylaşıb.

‘‘Biz xәstәlәrimizi müalicә edәcәyik. Siz evdә qalaraq virusa yoluxmayacaqsınız. Belәliklә koronavirusun öhdәsindәn gәlәcәyik’’,-deyә Türkiyәnin sәhiyyә naziri qeyd edib.



Әlaqәli Xәbәrlәr