Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1101-ə nəfərə çatıb

İndiyədək 2 min 142  nəfər müalicə olunub.

1396140
Türkiyədə koronavirusdan dünyasını dəyişənlərin sayı 1101-ə nəfərə çatıb

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 1101 nəfərə çatıb. Onların 95-i sutka ərzində vəfat edib.

Əldə olunan məlumata əsasən,sutka ərzində 33 min 170 nəfər üzərində müayinə aparılıb. Onlardan 5 min 138 nəfərdə infeksiya aşkarlanıb.

Bu gün sağalan 542 nəfərlə infeksiyaya yoluxanlar arasında indiyədək 2 min 142  nəfər müalicə olunub.

Sәhiyyә naziri Fәxrәddin Koca  6 universitetin rektoru, dekanı vә baş hәkimi ilә telekonfrans vasitәsilә görüşdüyünü deyib.

Görüşdә Fәxrәddin Koca qeyd edib ki, Türkiyәdә reanimasiyadakı xәstәlәrin sayı azalıb.



Әlaqәli Xәbәrlәr