Türkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdi

Türkiyənin İngiltərəyə yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı tibbi yardım daşıyan hərbi yük təyyarəsi Londona çatıb.

1395354
Türkiyə İngiltərəyə koronavirusla mübarizədə yardım üçün tibbi ləvazımat göndərdi

Türkiyənin İngiltərəyə yeni növ koronavirus (Covid-19) epidemiyasına qarşı tibbi yardım daşıyan hərbi yük təyyarəsi paytaxt Ankaradan Londana gedib.
Səhiyyə Nazirliyi tərəfindən hazırlanan N95 növ maskalar və xüsusi tibbi geyimdən ibarət yardım materialı Ankarada yerləşən Etimesgut Hərbi Hava limanından "A400M" tipli yük təyyarəsinə yerləşdirilərək yola düşüb və Londana çatıb.
Göndərilən bağlamaların üzərində türkcə  və ingiliscə  Mövlananın “Ümidsizlikdən sonra necə ümidlər var. Qaranlıqdan sonra necə günəşlər var” sözləri yer alıb.
İngiltərəyə sabah da tibbi yardım göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina və Kosovaya da tibbi yardım göndərmişdi. 



Әlaqәli Xәbәrlәr