"...Həm də epidemiyadan sonrakı vəziyyətə hazırlaşmalıyıq", R.T.Ərdoğan

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının “Covid-19”la mübarizə və həmrəylik” mövzusunda keçirilən fövqəladə video-iclasında çıxış edən Ərdoğan deyib...

1395420
"...Həm də epidemiyadan sonrakı vəziyyətə hazırlaşmalıyıq", R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasında yeni növ korona virusuyla (Covid-19) mübarizəni davam etdirərkən həm də epidemiyadan sonrakı vəziyyətə hazırlaşmalı olduğunu söyləyib.

  Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının “Covid-19”la mübarizə və həmrəylik” mövzusunda keçirilən fövqəladə video-iclasında çıxış edən Ərdoğan deyib: “Biz bütövlükdə görünməyən düşmənə qarşı çətin bir müharibə aparırıq. Türk Şurasının korona virusu epidemiyası ilə mübarizədə həmrəyliyi gücləndirəcəyinə inanıram.

  Türkiyə virusun yayılmağa başladığı ilk günlərdən tədbirlər görüb. Bu günə qədər ciddi bir çətinlik yaşanmayıb.

  Öz ehtiyaclarımızı ödəməklə yanaşı, qardaşlarımızın da yanında olmağa çalışırıq: sizdən gələn tələbləri prioritet hesab edirik.

  Epidemiyanın təsiri ilə eyni zamanda qlobal sosial-iqtisadi böhran yaşanır. Nəqliyyat, gömrük, sərhəd keçidləri kimi ərazilərdə insanların sağlamlığına nəzarət edərək ən praktik həll yollarının həyata keçirilməsini lazımdır. Üzv ölkələrin nəqliyyat və ticarət nazirləri video-konfrans yoluyla bir araya gəlməlidir.

  Əlbəttə, biz korona virusuyla müharibədə qalib gələcəyik. Mübarizəmizə davam edərkən epidemiyadan sonrakı vəziyyətə də hazırlaşmalıyıq. Səhiyyə, ticarət, iqtisadiyyat və social-psixoloji sahələrdə əməkdaşlıq müəyyənləşdirməli və sürətlə lazımi addımlar atmalıyıq."



Әlaqәli Xәbәrlәr