Fəxrəddin Koca: ''Koronavirusdan həyatını itirənlərin sayı 725 nəfərə çatıb''

Bu barədə Türkiyənin səhiyyə naziri Elm Şurasının yığıncağından sonra verdiyi açıqlamada bildirib.

1393398
Fəxrəddin Koca: ''Koronavirusdan həyatını itirənlərin sayı 725 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyasından ölənlərin sayı 725 nəfərə çatıb. Onların 76-ı sutka ərzində vəfat edib.

Bu barədə Türkiyənin səhiyyə naziri Elm Şurasının yığıncağından sonra verdiyi açıqlamada bildirib.

Əldə olunan məlumata əsasən,sutka ərzində 20 min 23 nəfər üzərində müayinə aparılıb. Onlardan 3 min 892 nəfərdə infeksiya aşkarlanıb.

Bu infeksiyaya yoluxanlar arasında indiyədək 1582  nəfər müalicə olunub.



Әlaqәli Xәbәrlәr