Diyarbəkirdə törədilən terror aktında 5 mülki şəxs həyatını itirib

Diyarbəkir vilayətinin Kulp qəsəbəsində odun yığmağa gedən kəndlilərə PKK terrorçularının hücumu nəticəsində 5 mülki şəxs həyatını itirib.

1393644
Diyarbəkirdə törədilən terror aktında 5 mülki şəxs həyatını itirib

Diyarbəkir vilayətinin Kulp qəsəbəsində odun yığmağa gedən kəndlilərə PKK terrorçularının hücumu nəticəsində 5 mülki şəxs həyatını itirib.
Valiliyin açıqlamasında Kulp qəsəbəsinin Güleç mahalı çölündə erkən saatlarda meşəliyin olduğu bölgəyə gedən mülki vətəndaşların içində olduğu maşının keçməsi əsnasında terror təşkilatı PKK üzvləri tərəfindən hücum edildiyi bildirilib.
"Kulpdakı terror hücumunda 5 mülki şəxs şəhid oldu" ifadəsinin yer aldığı açıqlamada terror hücumunu törədənləri aşkar etmək və saxlamaq üçün təhlükəsizlik gücləri tərəfindən əməliyyata başlandığı ifadə edilib.
Açıqlamada şəhid olan vətəndaşlara Allahdan rəhmət,  ailələrinə, yaxınlarına və Türk millətinə başsağlığı və səbr dilənib.
Milli müdafiə naziri Hulusi Akar "TRT Haber" kanalına verdiyi açıqlamada Kulp qəsəbəsində törədilən terror aktı barədə "Mübarizəmiz ölkə daxilində və xaricində davam edir. Bunun cavabı mütləq veriləcək"deyib. 

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop terror hücum ilə əlaqədar olaraq şəxsi "twitter" hesabından etdiyi paylaşmada "Terror təşkilatı olan PKK bir daha üzünü göstərdi. Xainlərə layiq olduqları cavab veriləcək" ifadələrini işlədib. 



Әlaqәli Xәbәrlәr