Hulusi Akar vә Mәhәmmәd Bagiri arasında telefon danışığı olub

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

1393073
Hulusi Akar vә Mәhәmmәd Bagiri arasında telefon danışığı olub

 

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar vә İran Silahlı Qüvvәlәrinin Baş Qәrargah rәisi Mәhәmmәd Bagiri arasında telefon danışığı olub.

Bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib. Görüşdә  koronavirus mәsәlәsinin gündәmә gәldiyi bildirilib.

Görülә bilәcәk әlavә tәdbirlәri  müәyyәn etmәk vә epidemiyanın yayılmasının qarşısını almaq üçün hәr  iki ölkәnin yaşadığı tәcrübәlәri bölüşmәyә hazır olduğunu bildirәn Hulusi Akar lazımi tәqdirdә  yerli vә milli imkanlarla istehsal edilәn tibbi materialın dost İran xalqına çatdırılması üçün hazır olduqlarını ifadә edib.



Әlaqәli Xәbәrlәr