Türkiyә prezidenti Rusiya vә Ukrayna prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilә ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.

1389507
Türkiyә prezidenti Rusiya vә Ukrayna prezidentlәri ilә telefon әlaqәsi saxlayıb

 

Türkiyә prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilә ayrı-ayrılıqda telefon әlaqәsi saxlayıb.

Türkiyә prezident Aparatının mәtbuat xidmәtindәn verilәn mәlumata görә, Rәcәb Tayyib Әrdoğan ilә Vladimir Putin arasında baş tutan telefon danışığında yeni növ koronavirusla mübarizәdә әmәkdaşlıq, ikitәrәfli münasibәtlәr vә regional mövzular müzakirә olunub.

Kremlin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib ki,  Әrdoğan vә Putin Covid-19  epidemiyası ilә bağlı vәziyyәti müzakirә etdilәr vә infeksiyaya qarşı görülәn tәdbirlәr ilә bağlı bir-birlәrini mәlumatlandırdılar.

Görüşdə  Covid-19 səbəbindәn  Türkiyədə olan Rusiya  vətəndaşlarının ölkələrinə qayıda bilmәlәri məsələsində əməkdaşlıq mövzusu da müzakirə edilib.

Liderlәr  İdlib bölgəsindəki vəziyyəti sabitləşdirmək üçün mart ayının 5-dә Rusiya ilә Türkiyә arasında әldә olunan razılaşmanın hәyata keçirilmәsi mәsәlәsi әtrafında fikir mübadilәsi də aparıblar.

Liviya məsələsinin də gündәmә gәldiyi görüşdә hәmçinin  iki ölkə arasındakı  iqtisadi əməkdaşlıq mövzusuna da toxunulub.

Qeyd edәk ki, Rәcәb Tayyib Әrdoğan vә Vladimir Zelenski arasında baş tutan görüşdә isә
ikitərəfli münasibətlər, koronavirusla mübarizə vә  regional məsələlər müzakirә olunub.

Ukrayna  Prezident Aparatından görüşlә bağlı verilәn açıqlamada bildirilib ki, liderlәr dünyada yayılmağa davam edәn yeni növ koronavirus epidemiyasını vә bu çәrçivәdә görülәn tәdbirlәri müzakirә ediblәr.

Açıqlamada bu ifadәlәrә yer verilib: ‘‘Әrdoğan Ukraynanın Türkiyәdә tәlәb etdiyi tәnәffüs aparatı ilә xüsusi paltar mәsәlәsini qiymәtlәndirәcәyini dilә gәtirib’’.



Әlaqәli Xәbәrlәr