Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı 59 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 59 nəfərə çatıb.

1385122
Fəxrəddin Koca: ''Koronavirusdan həlak olanların sayı  59 nəfərə çatıb''

Türkiyədə yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən həlak olanların sayı 59 nəfərə çatıb.

Bu barədə səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

O, deyib: “Koronavirus epidemiyası nəticəsində 59 nəfər  həlak oldu, daha  561 nəfərdə yeni növ koronavirus aşkar edildi''.

Nazir Fəxrəddin Koca sutka ərzində beş mindən çox adama koronavirusla bağlı test edildiyini deyib.

Səhiyyə naziri vurğulayıb ki, virusa yoluxan 26 nəfər müalicə olunaraq xəstəxanadan göndərilib.

Milli Təhsil naziri Ziya Səlçuq da məktəblərin aprelin 30-dək bağlı olacağını deyib.



Әlaqәli Xәbәrlәr