Türkiyə İrana tibbi ləvazimat göndərib

Türkiyə yeni növ koronavirusla mübarizə çərçivəsində İrana 1000 diaqnostika dəsti, 4 min 715 xüsusi geyim, 20 min önlük, 2 min 4 eynək, 4 min maska və 78 min üç qatlı maska göndərib.

1379599

Bu barədə Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilib. Məlumatda qeyd olunub ki, Türkiyə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya olaraq elan edilən koronavirus epidemiyası ilə əlaqədar İrana tibbi ləvazimat göndərib.
Qeyd edək ki, iki ölkə arasında səhiyyə sahəsində razılaşma var. Razılaşmanı Türkiyə səhiyyə nazirinin müavini Emine Alp Meşe və İranın Türkiyədəki səfiri Məhəmməd Farazmand imzalayıblar.

Bu çərçivədə tibbi ləvazimatın irana göndərildiyi bildirilir.

Әlaqәli Xәbәrlәr