Hulusi Akar və Sergey Şoyqu İdlib məsələsini müzakirə ediblər

Milli müdafiə naziri Hulusi Akar ilə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında ilə telefon danışığı olub.

1375921
Hulusi Akar və Sergey Şoyqu İdlib məsələsini müzakirə ediblər

Milli müdafiə naziri Hulusi Akar ilə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında ilə telefon danışığı olub.

Milli Müdafiə Nazirliyinin bununla bağlı açıqlamasında bildirilib ki, iki nazir Suriyanın İdlib bölgəsindəki atəşkəsin daimi olması, beləliklə axan qanın qarşısının alınaraq 81 faizi qadın və uşaq olan, ev-eşiklərindən didərgin edilən bir milyondan artıq insanın geri qayıtması üçün uyğun şəraitin yaradılması barədə fikir mübadiləsi aparıblar.

Telefon danışığında həmçinin atəşkəsin daimi hala gətirilməsi, Türkiyə və Rusiyanın əldə etdikləri razılaşmaya əsaslanan məsuliyyətlərini yerinə yetirmələri və həmin məqsədlə bölgədə sülh və sabitliyin yaranması üçün göstərilən cəhdlərin davam etdirilməsi barədəki qətiyyətlilik vurğulanıb.



Әlaqәli Xәbәrlәr