Səhiyə nazirinin yeni növ koronavirusla bağlı açıqlaması

Türkiyədə bu günə qədər yeni növ koronavirüs (Covid-19) hadisəsinin aşkarlanmadığı bildirilib. Bu barədə Səhhiyə naziri Fəxrəddin Koca açıqlama verib.

1375740
Səhiyə nazirinin yeni növ koronavirusla bağlı açıqlaması

 

Fəxrəddin Koca paytaxt Ankarada koronavirus epidemiyasına qarşı Türkiyədə həyata keçirilən tədbirlər ilə əlaqədar mətbuat mənsublarına açıqlamasında: “Virus Cində yayılmağa başladığı gündən bəri hava limanlarında qızdırma ölçən Kameralar quraşdırdıq. Çin Respublikası ilə təyyarə reyslərini dayandırdıq və İranla sərhədləri bağladıq. Avropa isə bu tədbirləri vaxtında həyata keçirmədi. Beləcə hər keçən gün Avropada viruşa yoluxanların sayı artdı. Yaxında Almaniya və Fransada daha ciddi problemlər yaşana bilər. Bu da virusun Türkiyəyə yayılma riskini artırır. Türkiyədə hazırda virus aşkarlanmayıb. Ancaq bu bir daha olmayacaq mənasını verməməlidir. Bən həqiqət hər nədirsə, ictimaiyyətlə onu bölüşürəm. Qarşıdakı günləri geniş tədbirlər alaraq keçirməliyik. Bunun üçün zərurət olmadıqca xaricə səfər edilməməsi, təmasların azaldılması, xüsusilə yaşlıların daha etinalı qorunmaları məsləhət görülür”-deyə Nazir vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr