Prezident Ərdoğanın “Kovit-19”-a qarşı həssaslığı

Prezident Rəcəb Tayyib Ərdoğan Belçikaya səfəri zamanı bütün dünyada yayılan yeni koronavirusa (Kovid-19) qarşı nə qədər həssas olduğunu göstərdi.

1375202
Prezident Ərdoğanın “Kovit-19”-a qarşı həssaslığı

Prezident Ərdoğan Belçikanın paytaxtı Brüsselə səfərə gedərkən onu İstanbuldan yola salanlar və Brüsselə çatdıqda hava limanında qarşılayanlar ilə koronavirusa qarşı tədbirli olmaq məqsədiylə əl vermədi. Onları əlini sinəsinə tutaraq salamladı.

Brüsselə səfəri çərçivəsində Türkiyənin Avropa İttifaqı yanında daimi nümayəndəliyinə baş çəkən prezident burada özünü qarşılayan Türk vətəndaşlarına müraciət edərək onlardan “Kovid-19”-a qarşı tədbirli olmalarını istəyib. Buradakı çıxışından sonra NATO baş katibi Jens Stoltenbergi qəbul edib. Daha sonra birgə mətbuat konfransı keçirilib. Ərdoğan konfrans zamanı NATO baş katibini də əl verərək yox, əlini sinəsinə qoyaraq salamlayıb.



Әlaqәli Xәbәrlәr