Prezident Ərdoğan: “Brüsseldəki danışıqlarda təhlükəsizlik təhdidləri müzakirə olundu”

Prezident Ərdoğan Brüsseldəki təmaslarından sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərin ünvanladıqları sualları cavablandırdı.

1375675
Prezident Ərdoğan: “Brüsseldəki danışıqlarda təhlükəsizlik təhdidləri müzakirə olundu”

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Belçikanın paytaxtı Brüsselə reallaşdırdığı bir günlük səfər çərçivəsində NATO-nun baş katibi Jens Stoltenberg, Avropa İttifaqı Şurasının prezidenti Charles Michel və Komissiya Başçısı Ursula von der leyen ilə görüşdü. Danışıqlarda Türkiyənin qarşı-qarşıya olduğu təhlükəsizlik təhdidləri müzakirə olundu.

Brüsseldəki təmaslarından sonra vətənə qayıdarkən təyyarədə jurnalistlərin ünvanladıqları sualları cavablandıran prezident Ərdoğan Türkiyənin qapıları açmasıyla Yunanıstan üzərindən Avropaya miqrant axınının yaşandığına diqqət çəkdi. Bu məsələ ilə əlaqəli yol xəritəsinin hazırlanmasında Türkiyə və Avropa İttifaqının əməkdaşlıq edəcəyini, heyətə Xarici işlər naziri Mevlüt Çavuşoğlu və alyansın Yüksək Nümayəndəsi Yozef Borellin rəhbərlik edəcəyini, bununla bağlı Avropa İttifaqı zirvə toplantısının keçiriləcəyi 26 Marta qədər lazımlı addımların atılacağını vurğuladı.

Prezident Ərdoğan Yunanıstanın miqrantlara qarşı tətbiq etdiyi zorakılığa da toxunub. Bu ölkənin sərhəd təhlükəsizlik qüvvələrinin Ədirnədən Yunanıstana və buradan isə Avropaya keçmək istəyən miqrantlara müdaxiləsinin qəbul edilməz olduğunu qeyd edib. Sərhəddə sərgilənən rəftarın cinayət olduğunu, bu zülmü BMT-nin Baş Assambleyasında gündəmə daxil edəcəklərini deyib. Martın 6-da qüvvəyə minən Suriyanın İdlib bölgəsi üçün atəşkəs qərarına da münasibət bildirən Ərdoğan atəşkəsə riayət edildiyini, bölgənin yenidən bərpası mövzusunda Rusiya prezidenti Putinə bəzi təkliflərinin olduğunu bildirib.

Ərdoğan Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron ilə İstanbulda üçlü görüş keçiriləcəyini, İngiltərənin Baş naziri Boris Johnsonun da yığıncağa qatılmasının ehtimal olduğunu sözlərinə əlavə etdi.



Әlaqәli Xәbәrlәr