Türkiyə ABŞ-ın Tunis Səfirliyi yaxınında baş verən intihar hücumunu qınadı

Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir...

1373869
Türkiyə ABŞ-ın Tunis Səfirliyi yaxınında baş verən intihar hücumunu qınadı

 

  Türkiyə Amerika Birləşmiş Ştatlarının Tunis Səfirliyi yaxınında təşkil edilən intihar hücumunu qınayaraq həyatını itirən təhlükəsizlik işçisi üçün başsağlığı verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən edilən yazılı şərhdə bildirilir: "Tunisdəki ABŞ Səfirliyi yaxınında iki intiharcı tərəfindən təşkil edilən bombalı hücumu qınayırıq. Hücumda həyatını itirən təhlükəsizlik işçisinə Allahdan rəhmət, yaralılara şəfalar diləyirik… Türkiyə terrorizmlə mübarizədə Tunislə həmrəyliyini davam etdirir".

  Qeyd edək ki, Tunisdə motosikletlə hərəkət edən iki terrorçunun ABŞ Səfirliyinin binasına əl qumbarası atması nəticəsində mühafizəçi polislərdən biri həlak olub, 7 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

  Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, partlayışdan sonra səfirliyin binası qarşısında polislə atışma zamanı terrorçular öldürülüb, qanun keşikçilərindən beş nəfəri və mülki şəxslərdən ikisi ağır yaralanıb.



Әlaqәli Xәbәrlәr