Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə getdi

İki ölkənin dövlət başçılarının görüşündə Türkiyə-Rusiya ikili əlaqələrilə yanaşı əsasda İdlib olmaqla Suriyadakı aktual vəziyyət barədə fikir mübadiləsi ediləcək.

1372566
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə getdi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərə getdi.

Ərdoğanı Esenboğa hava limanından prezident müavini Fuad Oqtay, Ankara valisi Vasip Şahin, polis rəisi Servet Yılmaz və başqa rəsmilər yola salıb.

Ərdoğanı bu səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, maliyyə naziri Berat Albayrak, MİT başçısı Hakan Fidan, Prezident Aparatının İctimaiyyə əlaqələr idarəsinin başçısı Fəxrəddin Altun, Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik, baş katibin müavini Mahir Ünal müşayiət edir.

Qeyd edək ki, görüşdə Türkiyə-Rusiya ikili əlaqələrilə yanaşı əsasda İdlib olmaqla Suriyadakı aktual vəziyyət barədə fikir mübadiləsi ediləcək.  



Әlaqәli Xәbәrlәr