“Türkiyənin qüruru ilə oynamağa heç kəsin haqqı və səlahiyyəti yoxdur”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyənin sərhəd-keçid məntəqələrini açdığı miqrantlar üçün bir milyard avro göndərmə təklifini rədd edərək, “Türkiyənin qüruru ilə oynamağa heç kəsin haqqı və səlahiyyəti yoxdur” dedi.

1370548
“Türkiyənin qüruru ilə oynamağa heç kəsin haqqı və səlahiyyəti yoxdur”, R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyənin sərhəd-keçid məntəqələrini açdığı qaçqınlar üçün bir milyard avro göndərmə təklifini rədd edərək, “Türkiyənin qüruru ilə oynamağa heç kəsin haqqı və səlahiyyəti yoxdur” dedi.

Dövlət başçısı bunu işgüzar səfərlə paytaxt Ankarada olan Bolqarıstanın baş naziri Boyko Borisov ilə təşkil etdiyi birgə mətbuat kofransında  qaçqınlarla bağlı verdiyi açıqlamada deyib.

Avropaya müraciət edən Ərdoğan “Bu günlərdə bizə 1 milyard göndərəcəklərini deyirlər. Heç kəsi aldada bilməzsiniz! Biz bu vəsaiti də istəmirik. Aİ üzvü ölkələrin qabaqcılları sərhəd məntəqələrinə tərəf gedən qaçqınlarla əlaqədar Türkiyənin burada səhv addım atdığını söyləyəcək qədər ikiüzlü siyasət tətbiq edilər. Yükün ədalətli və məsuliyyətin bölüşüldüyünü görmədik. Bu yük sadəcə bizim üzərimizdəmi olacaq? Bizim əsasən 40 milyarddan çox vəsaitimiz gedib” deyə bildirib.

Bolqarıstanın baş naziri Borisov isə heç kəsin sərhəd məntəqəsində gözləyən qaçqınlarla əlaqədar böhranı görmədiyini söyləyib.

Borisov “Türkiyəyə qanunsuz miqrantlar üçün vəsaitin nə üçün vaxtında verilmədiyini başa düşə bilmirəm. Aİ-nin əsas prinsiplərindən biri yükün bölüşülməsidir” deyə vurğulayıb.



Әlaqәli Xәbәrlәr