M.Çavuşoğlu: "Aİ qurumları və Avropa bəşəriyyətin birgə dəyərlərinə hörmətlə yanaşmalıdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu miqrantlarla əlaqədar Avropa İttifaqı (Aİ) qurumlarını Avropanın və bəşəriyyətin birgə dəyərlərinə hörmətlə yanaşmağa çağırıb.

1371093
M.Çavuşoğlu: "Aİ qurumları və Avropa bəşəriyyətin birgə dəyərlərinə hörmətlə yanaşmalıdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu miqrantlarla əlaqədar Avropa İttifaqı (Aİ) qurumlarını Avropanın və bəşəriyyətin birgə dəyərlərinə hörmətlə yanaşmağa çağırıb.

Mövlud Çavuşoğlu bu çağırışını  İngiltərənin xarici işlər naziri Dominik Raabla paytaxt Ankarada keçirdikləri birgə mətbuat konfransında edib.

Çıxışında Suriyanın İdlib bölgəsində Bəşər Əsəd rejiminə qarşı həyata keçirilən “Bahar qalxanı” hərəkatına toxunan Çavuşoğlu deyib:

“Əməliyyatın hədəfi İdlibdə dərhal və daimi atəşkəsin təmin olunmasıdır. Rejimin İdlibin gərginliyi azaltma hücumlarına dərhal son qoyması, yeni bir humanitar böhranın qarşısının alınması barədə Birləşmiş Krallıqla düşüncələrimiz üst-üstə düşür. Rejimin İdlibdəki hücumlarının tamamilə dayandırılması və Soçi razılaşmasına əməl edilməsinə dair cəhdlərimizə Birləşmiş Krallığın dəstək verəcəyindən şübhəmiz yoxdur”.

Avropa ölkələrinin qaçqınlara sərhəd qapılarını bağlamalarına da toxunan Çavuşoğlu “Sərhədləri bağladıqlarını görürük, sığınacaqla bağlı müraciətlər qeyri-qanuni şəkildə təxirə salınır. Aİ ölkələrinin beynəlxalq məsuliyyətdən imtina etmələrinin qeyri-mümkün olduğunu xatırlatmaq istəyirəm. Qaçqınlara mane olacaq vəziyyətdə deyilik” deyib.

İngiltərənin xarici işlər naziri Raab isə “NATO olaraq biz də Türkiyənin İdlibdə atəşkəsi bərpa etmək cəhdlərinə dəstək veririk. Humanitar faciədəki ən böyük məsuliyyət Suriya rejimi və Rusiyanın üzərindədir. Suriya rejimi və Rusiyanın İdlibdəki qəddar hücumları yaxın keçmişdəki ən dağıdıcı hücumlardan biri olmuşdur” ifadələrini işlədib.



Әlaqәli Xәbәrlәr