Daxili İşlər naziri Süleyman Soyludan Yunanıstana çağırış

Daxili İşlər naziri Süleyman Soylu Yunanıstana miqrantlara qarşı beynəlxalq və hümanitar hüquqlara zidd rəftardan imtina etməsi barədə çağırış edib.

1369922
Daxili İşlər naziri Süleyman Soyludan Yunanıstana çağırış

Suriya böhranının başladığı 2011-ci ildən bəri Türkiyənin izlədiyi miqrasiya siyasətinin ümumdünya üçün nümunə təşkil etdiyini ifadə edən Soylu: “Türkiyə miqrasiya məsələsində yalnız buraxıldı. Bu problemin öhdəsindən bir başına gəlmək məcburiyyətində qaldı. Prosesi vicdanla idarə etdik. hal-hazırda 3,6 milyonu Suriyalı olmaq üzrə təxminən 4 milyon sığınmacıya ev sahibliyi edirik. Eyni vaxda Suriya rejim qüvvəlirinin İdlibə hücumları səbəbndən evini tərk edərək sərhəddə irəliləyən milyon yarım qaçqına hümanitar yardım çatdırırıq. Lakin Yunanıstan Edirne sərhədində toplaşan miqrantlara bibər qazı ilə müdaxilə edir. Avropa İttifaqı və xarici qeyri-hökumət təşkilatlarının nümayəndələri cərəyan edən bu hadisələrə biganə qalmamalıdırlar. Alyans sərhəddə nümayəndə heyətləri cəlb edərək burada cərəyan edən proseslərə dair arayışlar hazırlatmalarını xatırladır və Yunanıstan rəsmilərini 1951-ci il Cenevrə və Avropa İnsan Hüquqları Konvensiyası və insanlıq normları çərçivəsində rəftar sərgiləməyə çağırıram”-deyə Soylu vurğulayıb.



Әlaqәli Xәbәrlәr