"Bu mübarizədən bir an belə geri qaçsaq, daha böyük bədəllər ödəyərik", R.T.Ərdoğan

“Twitter” hesabından etdiyi paylaşmada Türkiyənin bu günü və gələcəyi baxımından tarixi və həyati bir mübarizə içərisində olduğunu vurğulayan R.T.Ərdoğan deyib...

1369223
"Bu mübarizədən bir an belə geri qaçsaq, daha böyük bədəllər ödəyərik", R.T.Ərdoğan

 

   Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin haqlı mübarizədən heç bir zaman geri durmadığını və heç bir şəhidin qanının yerdə qalmayacağını bildirdi.

  “Twitter” hesabından etdiyi paylaşmada Türkiyənin bu günü və gələcəyi baxımından tarixi və həyati bir mübarizə içərisində olduğunu vurğulayan R.T.Ərdoğan deyib:

  “Nəticələri ən az 100 il əvvəlki qədər böyük olacaq bir mübarizədən ölkənin və xalqın mənfəətlərini qoruyaraq zəfərlə çıxmaq üçün gecə-gündüz demədən işlərimizi davam etdiririk.

  Tarix boyu həmişə işğallara, zülmlərə məruz qalmış bu coğrafiyada mübarizədən bir an belə geri qaçsaq, bir an belə birliyimizə, bərabərliyimizə sahib çıxmasaq, daha böyük bədəllər ödəyərik.

  Bu böyük mübarizəni verərkən qanlarıyla bu torpaqları bizə vətən edən bütün şəhidlərimizə bir daha Allahdan rəhmət diləyirəm.

  Zülmə, zalıma qarşı verdiyimiz haqq mübarizəsi sona qədər davam edəcək. Türkiyə bu haqlı mübarizəsindən heç bir zaman geri durmayacaq. Şəhidlərimizin qanını yerdə qoymayacağıq. Heç bir xəyanəti unutmayacağıq. Xalqımızla birlikdə hər çətinliyin öhdəsindən gələcək, ölkəmizi küncə sıxışdıracağını zənn edənlərə tarixi dərsi biz verəcəyik."



Әlaqәli Xәbәrlәr