İbrahim Kalın İdliblə bağlı açıqlama verib

Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriyanın İdlib bölgəsində baş verən böhranın bütün sərhədləri ötdüyünü bildirdi.

1368648
İbrahim Kalın İdliblə bağlı açıqlama verib

Prezident Aparatının sözçüsü İbrahim Kalın Suriyanın İdlib bölgəsində baş verən böhranın bütün sərhədləri ötdüyünü bildirdi.

Kalın rejim ünsürlərinin xain hücumları nəticəsində şəhid olan 33 hərbi qulluqçumuza Allahdan rəhmət, yaralılara şəfa diləyib.

Türkiyə hərbçilərinə qarşı xain hücuma gecə yarısından səhərədək ən sərt şəkildə cavab verildiyini bildirən Kalın həm İdlib, həm də Suriyanın dəyişik bölgələrində 200-dən artıq rejim hədəfinin havadan və qurudan vurulduğunu bildirib.

Kalın deyib ki, şəhidlərimizin qanının yerdə qalmayacağından millətimizin şübhəsi olmasın. Ordumuz əli qanlı Əsəd rejimindən mütləq hesab soracaq. İdlibdə yaşanan böhran bütün sərhədləri ötüb. Bu səbəbdən beynəlxalq ictimaiyyət artıq İdlib və Suriyada yaşanan insani böhrana dayan deməli və konkret addımlar atmalıdır”.



Әlaqәli Xәbәrlәr