Hulusi Akar: "Rejim əsgərlərindən 309-u zərərsizləşdirildi"

Milli müdafiə naziri Hulusi Akar müşayiətindəki Quru Qoşunlar komandanı Ümit Dündar və Hava Qüvvələri komandanı geneal Həsən Küçükakyüz ilə Suriyanın İdlib bölgəsindəki hərəkat üçün sərhədin sıfır nöqtəsindədir.

1367921
Hulusi Akar: "Rejim əsgərlərindən 309-u zərərsizləşdirildi"

 

Milli müdafiə naziri Hulusi Akar Suriyanın İdlib bölgəsində 33 əsgərimizi şəhid edən Suriya rejimi ünsürlərindən 309-nun zərərsizləşdirildiyini bildirib.

Nazir Akar hücumdan sonra yoxlamalar məqsədilə getdiyi Hatay şəhərində xain hücumun detallarından danışıb.

Hücumun İdlibdə Türkiyə Silahlı Qüvvələrinin olduğu yərlərin Rusiya ilə əvvəldən razılaşdırılmasına baxmayaraq edildiyini vurğulayan Akar “Təcili tibbi yardım maşınlarının belə vurulduğu bu hücum zamanı hərbi qoşunlarımızın ətrafında heç bir silahlı qrupun olmadığını vurğulamaq istəyirəm” deyib.

Milli müdafiə naziri Akar ayrıca, “Xain hücumdan sonra qırıcılar, silahlı uçuş aparatları (SİHA) və qurudan dəstək vasitələrimizlə 200-dən çox rejim hədəfi ağır atəş altına alındı. Atəş nəticəsində 5 helikopter, 23 tank, 23 top və haubitsa, bir SA-17, bir SA-22 hava müdafiə sistemi, 309 rejim əsgəri zərərsizləşdirildi” deyib.

Qeyd edək ki, milli müdafiə naziri Hulusi Akar müşayiətindəki Quru Qoşunlar komandanı Ümit Dündar və Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz ilə Suriyanın İdlib bölgəsindəki hərəkat üçün sərhədin sıfır nöqtəsindədir.

Akar Suriya rejiminin 33 əsgərin şəhid olduğu hava hücumu qarşısında prezident Rəcəb Tayyib Ərdoğanın başçılığında keçirilən “Təhlükəsizlik zirvəsi” yığıncağından sonra müşayiətindəki komandanlarla Suriya sərhədinə gedib.

İdlibdəki fəaliyyətlərə nəzarət edilən Hatay şəhərindəki Manevr Nəzarət Yerinə gedən Akar son vəziyyətlə bağlı məlumat alıb, təlimatlar verib.

Nazir Akar rejim hədəflərinə yönəldilmiş quru və havadan dəstəklənən vasitələrilə həyata keçirilən hərəkatı yerindəcə istiqamətləndirir və idarə edir.



Әlaqәli Xәbәrlәr