Türkiyǝnin Milli Müdafiǝ Nazirliyi mǝlumat yayıb

‘‘Fǝrat Qalxanı’’ ǝmǝliyyatının keçirildiyi bölgǝyǝ sızmağa çalışan separatçı terror tǝşkilatı PKK/YPG-nin yeddi üzvü zǝrǝrsizlǝşdirilib.

1367227
Türkiyǝnin Milli Müdafiǝ Nazirliyi mǝlumat yayıb

 

  ‘‘Fǝrat qalxanı’’ ǝmǝliyyatının həyata keçirildiyi bölgǝyǝ sızmağa çalışan separatçı terror tǝşkilatı PKK/YPG-nin yeddi üzvü zǝrǝrsizlǝşdirilib. Bu barǝdǝ Türkiyǝnin Milli Müdafiǝ Nazirliyindǝn verilǝn mǝlumatda bildirilib.

  Türkiyənin tǝhlükǝsizlik qüvvǝlǝrinin ‘‘Fǝrat qalxanı’’ ǝmǝliyyatının sürdüyü bölgǝyǝ sızmağa çalışan terrorçular zǝrǝrsizlǝşdirilib. Onlardan birinin terror tǝşkilatının dırnaqarası başçısı olduğu bildirilir. Digǝr tǝrǝfdǝn, Türkiyǝnin Daxili İşlǝr Nazirliyi beş terrorçunun da tǝhlükǝsizlik qüvvǝlǝrinǝ tǝslim olduğunu açıqlayıb. Belǝliklǝ, bu il tǝslim olan terrorçuların sayı 48 nǝfǝrǝ çatıb.



Әlaqәli Xәbәrlәr