"İdlib bölgəsindəki vəziyyət hazırda Türkiyənin lehinədir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki vəziyyətin hazırda Türkiyənin lehinə olduğunu söyləyib.

1367790
"İdlib bölgəsindəki vəziyyət hazırda Türkiyənin lehinədir", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki vəziyyətin hazırda Türkiyənin lehinə olduğunu söyləyib.

Paytaxt Ankarada sədri olduğu Ədalət və İnkişaf Partiyasının Siyasət Akademiyasının açılışında çıxış edən Ərdoğan Liviyada daha əvvəl şərqdəki qeyri-qanuni silahlı qüvvələrin başçısı Xəlifə Hater lehinə olan vəziyyəti tərsinə çevirdəklərini bildirərək, “Eyni şəkildə İdlibdə də vəziyyəti tərsinə çevirdik, vəziyyət lehimizədir ” deyib.

Ərdoğan İdlibdə 3 şəhidin olduğunu ancaq, Əsəd rejiminin itkisinin çox böyük olduğunu vurğulayıb.

Bölgədəki böhranla bağlı Rusiya ilə müzakirələrin davam etdiyini bildirən Ərdoğan “Biz Adana razılaşması ilə Suriyadıq. Rusiyanın dəstəyi olmasa Əsədin ayaqda durması qeyri-mümkündür. Bizi narahat edən kim olarsa olsun cavabını verərik. Biz bu bölgədə terror istəmirik. Bu torpaqlarda dinclik olsun istəyirik. Yüz minlərlə vətəndaşını öldürən Əsədi dost görmək qeyri-mümkündür” deyə bildirib.



Әlaqәli Xәbәrlәr