Türkiyə Məclisi Xocalı soyqırımıyla əlaqədar bəyanat yaydı

Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komissiyası Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Sənəddə beynəlxalq ictimaiyyətə çağırış edilərək qətliama ciddi reaksiya göstərilməsi istənilib.

1366345

  Bəyanatda Xocalı soyqırımı haqqında qısa məlumat yer alıb, hadisə şahidləri və qurbanlarının hələ də həyatda olduğu, Xocalıda baş verənlərin tarixi olay deyil, günümüzün acı reallığı olduğu vurğulanıb: “İnsanlıq adına qanlı bir ləkə olan bu cür qətliamların təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatının qərarları çərçivəsində Xocalı soyqırımına layiq olduğu diqqəti vermək və lazımi reaksiya göstərmək vacibdir. Azərbaycanlı qardaşlarımıza bu haqlı davada həmrəyliyimizi ifadə edirik. Bu hadisəyə görə məsuliyyət daşıyan adamların beynəlxalq məhkəmə qarşısına çıxarılmasını istəyirik. Ermənistan işğal etdiyi torpaqlardan təcili çıxmalıdır”. 

Әlaqәli Xәbәrlәr