Səhiyyə nazirinin İrandan Türkiyəyə təcili eniş edən təyyarə ilə bağlı açıqlaması

İranın paytaxtı Tehrandan qalxaraq İstanbula gəlmək üçün hərəkət edən sərnişin təyyarəsi koronavirus şübhəsinə görə Ankaranın Esenboğa hava limanına enib.

1366208
Səhiyyə nazirinin İrandan Türkiyəyə  təcili eniş edən təyyarə ilə bağlı açıqlaması

 

  İranın paytaxtı Tehrandan qalxaraq İstanbula gəlmək üçün hərəkət edən sərnişin təyyarəsi korona virusu ilə bağlı Ankaranın Esenboğa hava limanına enib.

  Hərarəti normadan yüksək 17 sərnişində şübhəli hal qeydə alınıb.

  Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca yaydığı yazılı açıqlamada  İrandan vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşları üçün xüsusi reys təşkil etdiklərini bildirirək deyib:

  “İrandan bu reyslə gələn Türkiyə vətəndaşları 14 gün müddətinə nəzarət altında saxlanılacaqlar. Ankaraya enən Türkiyə Hava Yollarına məxsus, Tehrandan qalxan təyyarədəki 132 Türkiyə vətəndaşı və ekipajın ilkin yoxlama və karantindən keçirilməsi üçün Dr. Zekai Tahir Burak xəstəxanasına yönləndirilib. Sərnişinlərin dəqiq müayinələrindən və analizlərin cavablarından sonra vəziyyət bəlli olacaq.

  Xatırladaq ki, 23 fevraldan etibarən İranla quru, dəmir və hava yolu keçidləri bağlanılıb, ancaq hava yolu ilə Türkiyədən İrana qayıtmaq istəyən vətəndaşlara heç bir maneə yoxdur”.

  Qeyd edək ki, Türkiyənin səhiyyə naziri F.Koca “twitter” səhifəsindəki paylaşmasında ölkədə korona virusu epidemiyasının aşkarlanmadığını bildirib: “Müvafiq nazirliklərin əməkdaşlıqları, elmi heyətlərin rəhbərliyi və təcrübəli tibb əməkdaşları ilə birgə Türkiyəni bu xəstəlikdən qorumaq üçün istənilən tədbir görülür”.



Әlaqәli Xәbәrlәr