Türkiyǝnin Milli Müdafiǝ Nazirliyi mǝlumat yayıb
Suriyanın İdlib bölgǝsindǝ rejim qüvvǝlǝri tǝrǝfindǝn törǝdilǝn hücum nǝticǝsindǝ bir ǝsgǝr dǝ şǝhid olub.
1364491
Suriyanın İdlib bölgǝsindǝ rejim qüvvǝlǝri tǝrǝfindǝn törǝdilǝn hücum nǝticǝsindǝ bir ǝsgǝr dǝ şǝhid olub.
Bu barǝdǝ Türkiyǝnin Milli Müdafiǝ Nazirliyi mǝlumat yayıb. Mǝlumatda qeyd olunub ki, atǝşkǝsi tǝmin etmǝk üçün İdlibdǝ olan Türkiyǝ hǝrbçilǝrinǝ Bǝşǝr Әsǝd rejimi tǝrǝfindǝn edilǝn hücum nǝticǝsindǝ bir ǝsgǝr şǝhid olub. Mǝlumatda hǝmçinin hücuma lazımi cavabın verildiyi vǝ rejim qüvvǝlǝrinǝ mǝxsus 21 hǝdǝfinin mǝhv edildiyi vurğulanıb.
Nazirlikdǝn verilǝn bǝyanatda bu ifadǝlǝrǝ yer verilib: ‘‘Bu günǝdǝk şǝhidlǝrimizin qanını yerdǝ qoymadıq, bundan sonra da qoymayacağıq’’.
Әlaqәli Xәbәrlәr
Yaşar Gülər Misir Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.