Türkiyǝ İsrailǝ reaksiya göstǝrib

Türkiyə İsrailin Şərqi Qüdsdəki qeyri-qanuni yaşayış mǝntǝqǝlǝrinin sayını artırmaq  ilǝ bağlı qǝrarına reaksiya göstǝrib.

1364296
Türkiyǝ İsrailǝ reaksiya göstǝrib

 

 

Türkiyə İsrailin Şərqi Qüdsdəki qeyri-qanuni yaşayış mǝntǝqǝlǝrinin sayını artırmaq  ilǝ bağlı qǝrarına reaksiya göstǝrib.

Xarici İşlər Nazirliyindən verilǝn yazılı açıqlamada, İsrailin baş naziri Binyamin Netanyahunun  seçkilərdən bir neçə gün əvvəl işğal altındakı Fələstin ərazilərindəki qeyri-qanuni yaşayış məntəqələrinin sayını artıracağını açıqdadığı bildirilib.

"Biz beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə məhəl qoymayan bu yanaşmanı bir daha qətiyyətlə rədd edirik. İsrailin bu qanunsuz addımları atarkən ABŞ-ın bu yaxınlarda elan etdiyi dırnaqarası  sülh planından cəsarət aldığı aydındır. Fələstin əraziləri Fələstin xalqına aiddir. İşğalçı zehniyyət bu həqiqəti əsla dəyişdirməyəcək",-deyǝ Xarici İşlǝr Nazirliyindǝn verilǝ açıqlamada qeyd olunub.

Qeyd edǝk ki, İsrailin baş naziri Binyamin Netanyahu cümə axşamı Şərqi Qüdsdə  daha 5200 yeni  yaşayış mǝntǝqǝsinin inşa edilǝcǝyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr