Rǝcǝb Tayyib Әrdoğan vǝ Vladimir Putin arasında telefon danışığı olub

Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsindǝn verilǝn mǝlumata görǝ, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

1364203
Rǝcǝb Tayyib Әrdoğan vǝ Vladimir Putin arasında telefon danışığı olub

 

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan vǝ Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyǝ Prezident Aparatı Kommunikasiya İdarǝsindǝn verilǝn mǝlumata görǝ, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Rǝcǝb Tayyib Ərdoğan İdlibdəki humanitar böhranın qarşısının alınmasının ǝhǝmiyyǝtini  vurğulayıb. Türkiyə prezidenti qeyd edib ki, Suriyanın İdlib bölgǝsindǝ vəziyyətin nizamlanması üçün Soçi Memorandumu tam şəkildə həyata keçirilməlidir. Türkiyə və Rusiya liderlǝri daha əvvəl əldə edilmiş bütün razılaşmalara sadiq qaldıqlarını bildiriblər.

Qeyd edǝk ki, görüşdǝ hǝmçinin Liviya mǝsǝlǝsi dǝ  müzakirǝ olunub.



Әlaqәli Xәbәrlәr