Müdafiə naziri Hulusi Akar Rusiya və İdlib mövzusuna münasibət bildirib

Suriyanın İdlib bölgəsində rejim qüvvələri fevralın sonuna dək Soçi razılaşması ilə təyin edilən ərazilərə çəkilməzsə bölgəyə əməliyyat planından imtina etməyəcəyik. Bunu Milli Müdafiə Naziri Hulusi Akar deyib.

1363612
Müdafiə naziri Hulusi Akar Rusiya və İdlib mövzusuna  münasibət bildirib

Akar xüsusi bir telekanala verdiyi müsahibəsində gündəmdəki mövzulara münasibət bildirib.

O, Türkiyə və Rusiya arasında İdlib mövzusuna dair aparılan danışıqlarda çatılan mərhələyə dair ünvanlanan suala cavabən: “Soçi razılaşması ilə İdlib Gərginliyin Azaldılması Bölgəsinin sərhədləri təyin edilib. Əsas olan buna riayət etməkdir. Biz Rusiyadan tələb edirik ki, bu faktları pozan rejim qüvvələrinə qarşı lazımlı addımları atsın. Nüfuzundan istifadə edərək rejimi atəşkəs və Soçi razılaşmasına sadiq qalmağa qane etsin. Suriya rejiminin İdlibdə yaşayan 3,5 - 4 milyon insanı terrorla ittiham etməsi qəbuledilməzdir. Rejim özünə müxalif hər kəsi terrorist olaraq görməməlidir. Ayrı-seçkilik etmədən hər kəsi qətl etməkdən imtina etməlidir. Əks təqdirdə Türkiyə həmişə olduğu kimi məzlumların yanında olmaqda davam edəcək. Rejim qüvvələrinin fevral ayının sonunadək məlum ərazilərə çəkilməzsələr Türkiyə "Sülh çeşməsi" hərəkatında olduğu kimi bu bölgədə də əməliyyatdan imtina etməyəcək. Prezident Ərdoğananın bu barədəki göstərişi çərçivəsində bütün hazırlıqlarımız tamamlandı. Lazımlı planlarımız da eləcə. Bütün bu tədbirlər vaxtı gəlib çatdıqda həyata keçiriləcək”.

Akar “Rusiyanın Suriya rejiminin dəstəkçisi olduğu aşkardır, bəs Türkiyə, Rusiya ilə qarşı-qarşıya mı gələcək”? sualı qarşısında: “Türkiyənin Rusiyaya qarşı düşmənçilik siyasəti söz mövzusu deyil. Yeganə hədəfimiz rejimin məsum insanlara istiqamətli hücumlarını dayandırmaq, atəşkəsə müxalif qrup və şəxslərə lazımlı cavabı verməkdir. Bölgədəki Rus əsgərləri ilə Türk əsgərləri arasında güclü dialoq var. Zərurət olduqda lazımlı məlumat mübadiləsi reallaşdırılır”- ” deyə nazir vurğulayıb.



Әlaqәli Xәbәrlәr