Türkiyə Almaniyadakı hücuma reaksiya göstərdi

Prezident müavini Fuad Oqtay Almaniyanın Hanau şəhərində fevralın 19-da iki iş yerinə edilən və 9 nəfərin həyatını itirdiyi silahlı hücumla bağlı açıqlama verib.

1363287
Türkiyə Almaniyadakı hücuma reaksiya göstərdi

Prezident müavini Fuad Oqtay Almaniyanın Hanau şəhərində fevralın 19-da iki iş yerinə edilən və 9 nəfərin həyatını itirdiyi silahlı hücumla bağlı açıqlama verib.

Oqtay açıqlamasında “Hadisənin işıqlandırılması üçün alman tərəfmüqabillərimizin lazım olan həssaslığı göstərmələrini gözləyir, vəziyyəti yaxından təqib edirik. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm” ifadəsini işlədib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop da “Almaniyada irqçi təşkilatlanmaların və hücumların artdığını təşvişlə təqib edirik” deyib.

Şentop “Almaniyanın irqçi, nasist əsaslı terror aktlarına qarşı lazımlı tədbirlər görülməlidir” xəbərdarlığını edib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da TRT-də iştirak etdiyi canlı proqramda bu mövzuya toxunaraq hücumun irqçi motivlərinə diqqət çəkib.

Nazir “Avropa ölkələri öz daxillərində bu irqçiliyin qarşısını almayacağı təqdirdə çox təhlükəli yola üz tutulacaqdır. Avropada irqçilik ciddi səviyyədədir. İlkin məlumatlara görə, hücumun irqçi motivlərinin olduğu söylənir” deyib.

Prezident Aparatının sözçüsü İbrahim Kalın isə hadisə ilə əlaqədar “Twitter” səhifəsində ölənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyərək bildirib ki, hadisəni işıqlandırmaq üçün alman tərəfmüqabillərin əllərindən gələni yerinə yetirmələrini gözləyirik. İrqçilik kollektiv bir xərçəngdir.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik isə sosial şəbəkədəki paylaşmasında “Faciəli hücum Avropanı caynağına keçirən irqçiliyin və faşizmin yeni vəhşətidir” ifadəsini işlədib.

Qeyd edək ki, Almaniyanın Hannau şəhərində yerli vaxtla 22:00 radələrində iki ayrı iş yerində edilən hücumda 9 nəfərin həyatını itirdiyi, xeyli sayda insanın da yaralandığı bildirilmişdi.

Həyatını itirənlər arasında türklərin də olduğu irəli sürülür.



Әlaqәli Xәbәrlәr