M.Çavuşoğlu: "Bölgədə baş verən hər şey Türkiyəni maraqlandırır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bölgədəki hər əhvalatın Türkiyəni birbaşa maraqlandırdığını söyləyib.

1363226
M.Çavuşoğlu: "Bölgədə baş verən hər şey Türkiyəni maraqlandırır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bölgədəki hər əhvalatın Türkiyəni birbaşa maraqlandırdığını söyləyib.

Nazir Çavuşoğlu Türkiyə TRTnin canlı proqramında gündəmə dair açıqlamalar verib.

Açıqlamasında Yunanıstanın Kıbrıs Rum icması ilə birlikdə hərəkət edib Şərqi Aralıq dənizində Türkiyəni kənarda qoyma siyasətinə toxunan toxunan Çavuşoğlu "Şərqi Aralıq dənizində Kıbrıs Türkünün haqlarına dair mövzularda, Türkiyəni Aralıq dənizində kənarda tutmağa cəhd göstərən ölkələr qarşısında biz bütün xəbərdarlıqları etdik,  lakin heç kəs bunları nəzərə almadı. Bu dəfə biz qarşı həmlelerimizi (Türkiyə ilə Liviya arasında Deniz Səlahiyyət sahələrinin məhdudlaşdırılması haqqında razılaşma sənədi) etdik. Bu addımları ölkəmizin maraqları naminə atmalıyıq" deyib.

Şərqi Aralıq dənizində Kıbrıslı Türklərin hüquqlarının gözdən yayındırıla bilməyəcəyini vurğulayan Çavuşoğlu gərginlik olmadan bütün mövzuları müzakirə etməyə hazır olduqlarını söyləyib.

Liviyada isə Hafter qüvvələrinin atəşkəsə dair bütün çağırışları cavabsız qoyduğunu bildirən Çavuşoğlu atəşkəs davam etməyəcəyi təqdirdə siyasi prosesə daxil olmağın çox çətin olacağını bildirib.

İraqın sabitliyini və terrorla mübarizəni dəstəklədiklərini ifadə edən Çavuşoğlu “Ancaq İraqın terrorla mübarizəsi davam etməlidir. Mübarizəsini yalnız DEAŞ ilə deyil, terror təşkilatı PKK ilə də davam etdirməlidir. PKK terrorçularının Ərbil bölgəsinin kəndlərinə girdiyini görürük. Ümide dirik ki, yaxın zamanda hökumət qurulacaq və İraqa sabitlik gələcək. Mosulun və digər şəhərlərin bərpası üçün layihələrimiz var" deyə bildirib.



Әlaqәli Xәbәrlәr