Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Yunanıstan prezidentini sərt şəkildə qınadı

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Yunanıstan prezidentini irqçi sözlərinə görə sərt şəkildə qınadı

1362122
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Yunanıstan prezidentini sərt şəkildə qınadı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Yunanıstan prezidenti Prokopis Pavloqulosun Qərbi Trakyadakı Türklərin mövcudluğunu qəbul etməyən irqçi bəyanını sərt şəkildə qınadığını ifadə edərək, Qərbi Trakya Türklərinin var olduqlarını və var olmaqda da davam edəcəyini bildirib.

Şentop şəxsi “Twitter” səhifəsində “Yunanıstan prezidenti Prokopis Pavloqulosun Qərbi Trakyadakı Türklərin mövcudluğunu qəbul etməyən irqçi bəyanını sərt şəkildə qınayıram. Qərbi Trakya Türkləri var və var olmaqda da davam edəcək. Tariximizin əziz nişanəsi olaraq Rumelidə yaşayan qardaşlarımız arxayın olsunlar ki, Trükiyə daimi olaraq yanlarındadır” açıqlamasını yayıb.  



Әlaqәli Xәbәrlәr