Şentop Makrona sərt reaksiya verdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Fransa prezidenti Emmanuel Makronun “İslami separatizmə qarşı mübarizə aparacağıq” sözlərinə sərt reaksiya verdi.

1362546
Şentop Makrona sərt reaksiya verdi

 

  M.Şentop sosial media hesabında bölüşdüyü açıqlamasında bildirib: “Liviyada Sahelda sülhü pozan və İslam coğrafiyalarında xaos yaradan, qiyamçı Hafterə silah satan Fransa prezidenti Makronun "İslam separatizminə qarşı mübarizə aparacağıq" sözləri İslam düşmənliyini ifadə edir. Fransa əvvəlcə irqçi və qırğınlarla dolu keçmişinə baxmalıdır”. 

  Şentop bu açıqlama ilə yanaşı Fransa prezidenti Makronun qiyamçı general Hafterlə qucaqlaşdıqları fotoları da paylaşıb. 

 



Әlaqәli Xәbәrlәr