"İdlib bölgəsinə dair əsas istəyimiz Soçi razılaşmasının şərtlərinə əməl edilməsidir", İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyənin İdlib bölgəsinə dair əsas istəyinin Soçi razılaşmasının şərtlərinə əməl edilməsinin olduğunu söyləyib.

1362065
"İdlib bölgəsinə dair əsas istəyimiz Soçi razılaşmasının şərtlərinə əməl edilməsidir", İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın Türkiyənin İdlib bölgəsinə dair əsas istəyinin Soçi razılaşmasının şərtlərinə əməl edilməsinin olduğunu söyləyib.

İbrahim Kalın fevralın 18-də keçirilən kabinet yığıncağı davam edərkən açıqlama verib və jurnalistlərin suallarını cavablandırıb.

Suriyada və xüsusilə İdlibdə baş verənlərin iclasın əsas gündəm maddəsi olduğunu vurğulayan İbrahim Kalin Rusiya nümayəndə heyətilə keçirilən danışlara işarə edib.

Sözçü İbrahim Kalın “Suriya mövzusunda Türkiyənin əsas istəyi Soçi razılaşmasının şərtlərinə əməl olunmasıdır. Xüsusilə hərbi müşahidə məntəqələrimiz və dinc vətəndaşların qorunmasında lazım olan addımların atılmasını istəyirik. Bununla bağlı nümayəndə həyətimizin müxtəlif danışıqları və müzakirələri oldu. Danışıqlarda qəbul edilən qərar bu müzakirələrin davam etməsidir” deyib.

Kalın "Heyətlər arasında keçirilən danışıqlarda yeni tarix olacaqmı? Liderlər görüş keçirəcəkmi?" sualına cavabən deyib ki, son danışıqlardan rəsmi Ankaranı qanə edəcək nəticələr çıxmadı. Bizə təqdim edilən xəritə və bəzi kağızları qəbul etmədik. Əlbəttə danışıqlar davam edəcək. Bunlar ancaq müzakirə vasitəsilə həll ediləcək məsələlərdir.  İdlibi və bögədəki insanları qorumaq üçün əraziyə hərbi qüvvələrimizin göndərilməsi və hərbi fəaliyyətimiz davam edəcək. Çünki Türkiyə sərhədlərinə köç axını davam edərkən biz buna tamaşaçı qala bilmərik. Hərbi qüvvələrimizə hər hansı şəkildə hücumlar bir daha təkrarlanarsa, biz yerindəcə və kifayət qədər cavabını verəcəyik. Bundan heç kəsin şübhəsi olmasın.



Әlaqәli Xәbәrlәr