Türkiyǝ prezidenti vǝtǝnǝ qayıtdı

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Pakistanda keçirdiyi görüşlǝrdǝn sonra vǝtǝnǝ qayıdıb.

1359934
Türkiyǝ prezidenti vǝtǝnǝ qayıtdı

 

Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Pakistanda keçirdiyi görüşlǝrdǝn sonra vǝtǝnǝ qayıdıb.

Rǝcǝb Tayyib Әrdoğanı sǝfǝri çǝrçivǝsindǝ xanımı Әminǝ Әrdoğan, xarici işlǝr naziri Mövlud Çavuşoğlu, enerji vǝ tǝbii sǝrvǝtlǝr naziri Fatih Dönmǝz, xǝzinǝ vǝ maliyyǝ naziri Berat Albayrak, ticarǝt naziri Ruhsar Pakcan, nǝqliyyat vǝ infrastruktur naziri Mehmet Cahit Turhan, Prezident Aparatı Kommunikasiya İdarǝsinin rǝhbǝri Fǝxrǝddin Altun vǝ Prezident Aparatının sözçüsü İbrahim Kalın müşayiǝt ediblǝr.

Xatırladaq ki, Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan  Pakistan baş naziri İmran Xanın onun şǝrǝfinǝ verdiyi ziyafǝtǝ qatılıb. Mǝlumata görǝ, ziyafǝt mǝtbuat üçün qapalı keçirilib.

Qeyd edǝk ki, Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Türkiyǝ-Pakistan Yüksǝk Sǝviyyǝli Strateji Әmǝkdaşlıq Şurasının VI yığıncağı ilǝ ǝlaqǝdar Pakistana rǝsmi sǝfǝr etmişdi.



Әlaqәli Xәbәrlәr