Fuad Oqtay ŞKTC-nin Maraş bölgǝsindǝ olub

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində  sǝfǝrdǝ olan Türkiyǝ prezidentinin kömǝkçisi Fuad Oqtay 1974-cü ildən etibarǝn bağlı olan  Maraş bölgəsini ziyarət edib.

1360028

Fuad Oqtay ilk olaraq bölgǝdǝki  Maraş Təhlükəsizlik Komandanlığına baş çǝkib. Fuad Oqtayı  ədliyyə naziri Abdulhamit Gül, sǝhiyyǝ naziri Fəxrəddin Koca, mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Әdalǝt vǝ İnkişaf Partiyasının sǝdr müavini Mahir Ünal, Türkiyənin Lefkoşadakı səfiri Əli Murat Başçeri və ŞKTC Baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersayın da aralarında olduğu heyǝt müşayiǝt edib.

Fuad Oqtayın rǝhbǝrliyindǝki nümayǝndǝ heyǝti Kıbrıs Sülh Qüvvǝlǝrinin komandanı Sezai Öztürk və digər rəsmi şəxslər tərəfindən qarşılanıb.

Bölgǝ ilǝ bağlı mǝlumat alan Fuad Oqtay komandanlığın xatirǝ dǝxtǝrinǝ dǝ ürǝk sözlǝrini yazıb.

Әlaqәli Xәbәrlәr