Milli müdafiə naziri Hulusi Akar Brüsseldə bir sıra görüşlər keçirib

Milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri yığıncağının keçirildiyi Belçikanın paytaxtı Brüsseldə Alyansın Mənzil Qərargahında ABŞ-ın müdafiə naziri Mark Esper ilə görüş keçirib.

1358509
Milli müdafiə naziri Hulusi Akar Brüsseldə bir sıra görüşlər keçirib

Milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri yığıncağının keçirildiyi Belçikanın paytaxtı Brüsseldə Alyansın Mənzil Qərargahında ABŞ-ın müdafiə naziri Mark Esper ilə görüş keçirib.

Görüşdə Suriya ilə İraqdakı təhlükəsizlik və müdafiə mövzuları ilə əlaqədar fikir mübadiləsi aparılıb, həmçinin İdliblə bağlı həm ABŞ, həm də NATO-nun daha konkret töhfəsinin olmasının daşıdığı əhəmiyyət vurğulanıb.

Hulusi Akar NATO-nun Mənzil Qərargahında bir sıra başqa görüşlər də keçirib.

“Qətiyyətli dəstək missiyasındakı çərçivə ölkələr yığıncağı”na qatılan nazir Akar daha sonra Ukraynanın müdafiə naziri Andriy Zaqorodnyuk ilə bir araya gəlib.

Görüşdə regional vəziyyətlə yanaşı müdafiə və hərbi sahələrdə əməkdaşlıq mövzularının müzakirə olunduğu bildirilib.

Milli müdafiə naziri Hulusi Akarın Brüsseldə Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulos ilə keçirdiyi görüşdə isə, iki ölkə arasında dialoq kanallarının açıq saxlanılmasının daşıdığı əhəmiyyət vurğulanıb.

Hulusi Akar NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri yığıncağı çərçivəsində keçirilən “Hərəkat və missiyalar” mövzulu ilk iclasa da qatılıb.

Milli müdafiə naziri Hulusi Akar NATO-ya üzv ölkələrin Müdafiə Nazirləri yığıncağının ikinci günündə Şimali Makedoniyanın müdafiə naziri Radmila Şekerinska ilə görüşüb.

Akar görüşdə müdafiə və təhlükəsizlik mövzularında fikir mübadiləsi aparıblar. 

Akar daha sonra NATO-Ukrayna əlaqələrini mövzu götürən yığınğaca da qatılıb. 



Әlaqәli Xәbәrlәr