Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi heyəti Almaniyada

Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsinin heyəti Almaniyada görüşlər keçirdi.

1357889
Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsi heyəti Almaniyada

 

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər üzrə komissiyasının Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsinin üzvlərindən ibarət heyətin Almaniyadakı  görüşlərini tamamladı.

  Heyət Almaniyaya reallaşdırdığı səfərin ikinci günündə mərkəzləri Köln şəhərində olan Beynəlxalq Demokratik Birlik, Milli İslam Cəmiyyəti (İGMG), Ələvi-Bektaşi Mədəniyyət İnstitutu, Almaniya Demokratik Ülküçülük Türk Dərnəkləri Federasiyası, KRV I Region, Maarif Fondu Avropa və Avropa-Türk İslam Birliyinin (ATİB) üzvlərilə görüşlər keçirib.

  TBMM Xarici İşlər Komissiyasının Xaricdəki Türklər və Əqrəba İcmalar İdarəsinin heyətinin rəhbəri Zəfər Sırakaya açıqlamasında səmərəli görüşlər keçirdiyini bildirərək: “Avropada yaşayan türklərin prioritet mövzularından biri doğma dilləri türkçə təhsil almaqdır. Berlin və Köln şəhərində keçirdiyimiz danışıqlarda bizə bildirilən problemləri həm Türkiyə Böyük Millət Məclisi, həm də müvafiq bölmələrə təqdim edərək həlli uğrunda səylərimizi davam etdirəcəyik”.

Almaniyada görüşlərini tamamlayan heyət Belçika və Hollandiyaya yola düşüb.

 



Әlaqәli Xәbәrlәr