Fırıldaqçılıq şəbəkəsinə ağır zərbə endirildi

Türkiyə və Almaniyada təşkilatlanan fırıldaqçılıq şəbəkəsinə Türk və Alman polisinin ortaq əməliyyatıyla ağır zərbə endirildi.

1357797
Fırıldaqçılıq şəbəkəsinə ağır zərbə endirildi

İki ölkə arasında maliyyə cinayətləri sahəsində eyni vaxta həyata keçirilən əməliyyat nəticəsində beynəlxalq telefon fırıldaqçı dəstəsinin üzvlərinin qaldıqları yerlər aşkarlandı.

Türkiyə və Almaniyada olan şübhəlilərin Alman vətəndaşlara saxta zəng mərkəzi üzərindən telefon edərək Alman polisi olduqlarını irəli sürdükləri təsbit edildi. Şəbəkənin zərərçəkənləri izlədikləri, həyatları və varlıqlarının təhlükədə olduğunu bildirərək qorxudduqları, təhlükəsizliklərinin təmini üçün pul və digər qiymətli varlıqlarının özlərinə əmanət edilməsini təklif etdikləri və belə fırıldaqçılıqla məsum insanları aldatdıqları müəyyənləşdirildi.

Sabah qəzetinin xəbirinə görə iki ölkə polisinin ortaq əməliyyatı nəticəsində şəbəkənin 40 üzvü almaniyada, 36-sı isə Türkiyədə tutulub. Bildirilir ki, onlar indiyə dək qurbanlarından 3 milyon avro toplayıblar.



Әlaqәli Xәbәrlәr